BMT: “COVID-19 on illərlə qazanılan uğurları heç edə bilər”

SAĞLAMLIQ
14:51 10.09.2020
444
COVID-19 pandemiyası ilə əlaqədar səhiyyə sisteminin pozulması uşaq ölümünün azaldılması istiqamətində son onilliklərdə əldə olunan irəliləyişi təhdid qarşısında qoyub.

Bu barədə bir sıra Birləşmiş Millətlər Təşkilatının (BMT) departamentləri və Dünya Bankı tərəfindən hazırlanmış hesabatda deyilir.

Ekspertlər qeyd edirlər ki, beş yaşa qədər uşaqların ölüm sayı 1990-cı ildə olan 12,5 milyondan 2019-cu ildə 5,2 milyona düşüb. COVID-19 on illərlə qazanılan uğurları heç edə bilər.

Pandemiya xüsusilə, prenatal və postnatal dövrlərdə müntəzəm tibbi müayinələrin, peyvəndlərin və müalicələrin aparılmasına mənfi təsir göstərib. Səbəblər arasında resurs çatışmazlığı və əhalinin koronavirusa yoluxmadan əvvəlki qorxusu ilə bağlı çətinliklər var.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 105 ölkədə apardığı araşdırmaya görə, ölkələrin 52%-i xəstə uşaqlar üçün xidmətlərin kəsildiyini bildirdib, ölkələrin 51%-i isə yetərsiz qidalanma ilə bağlı çətinliklərlə qarşılaşıb.

Ekspertlər bildirir ki, bu istiqamətdə səhiyyənin fəaliyyəti yeni doğulmuş körpələr və analar arasında ölümün azaldılması baxımından son dərəcə vacibdir.

Pandemiya zamanı uşaqların sağlamlıq xidmətlərinin fəaliyyətində yaranan problemlər daha çox valideynlərin infeksiya qorxusuna görə öz övladları ilə birlikdə tibb mərkəzlərinə getmək istəməməsi, nəqliyyatdakı məhdudiyyətlər, koronavirusa qarşı qoruyucu vasitələrin olmaması səbəbindən tibb işçilərinin sayının azalması və maliyyə çətinlikləridir.

Əfqanıstan, Boliviya, Yəmən, Kamerun, Liviya, Madaqaskar, Pakistan, Sudan və Mərkəzi Afrika Respublikası bu mövzuda xüsusilə ağır zərbə alan ölkələr sırasındadır.

OXŞAR XƏBƏRLƏR

X Mostbet