During the interactive dialogue with the Special Rapporteur on the human rights of internally displaced persons at the #3C of the #UNGA, #Azerbaijan informed of its considerable experience in accommodating and assisting IDPs throughout the almost 30 years of occupation, as well as in restoring their violated rights and addressing the consequences of their prolonged displacement in the post conflict-period. It was highlighted that through the implementation of the Great Return Programme, nearly 100,000 people are now living, working and studying in newly constructed communities across 48 residential areas in liberated territories. The statement emphasized that, as informed by the Special Rapporteur in her report (A/81/339) submitted to the session, the clearance of landmines, other explosive remnants of war and improvised explosive devices is a prerequisite for restoring livelihoods, achieving economic recovery and securing durable solutions for IDPs.
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) October 22, 2026
Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib. İndiyədək həmin ərazilərin yalnız 24,3 faizi təmizlənib.
AZXEBER.COM xəbər verir ki, bunu Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə keçirilən interaktiv dialoq zamanı bildirib.
O qeyd edib ki, mina təhlükəsi işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, eləcə də məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışına ciddi maneə yaradır. 2020-ci ildən bəri mina hadisələri nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya xəsarət alıb.
Şəhriyar Hacıyev vurğulayıb ki, münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə 16 milyard ABŞ dollarından çox vəsait ayrılıb. Böyük Qayıdış Proqramı çərçivəsində hazırda 48 yaşayış məntəqəsində 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.
Azərbaycan diplomatı mina təhlükəsinin aradan qaldırılması üçün beynəlxalq yardımın artırılmasının və məsuliyyət məsələsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb.
Ş. Hacıyev əvvəlki çıxışnda BMT və digər müvafiq beynəlxalq təşkilatları öz mandatları çərçivəsində itkin düşmüş şəxslərlə bağlı axtarışların aparılması, məlumat mübadiləsinin asanlaşdırılması, məhkəmə-tibb ekspertizasının inkişaf etdirilməsi və zərərçəkmiş ailələrə dəstəyin artırılmasında daha fəal rol oynamağa çağırıb.











































