In his statement on agenda item 81 ("Status of the Protocols Additional to the Geneva Conventions of 1949 and relating to the protection of victims of armed conflicts”) at the UNGA Sixth Committee, Amb. @TofigMusayev, Permanent Representative of Azerbaijan to the @UN, reaffirmed Azerbaijan’s firm commitment to the fundamental principles and rules of international humanitarian law. He drew attention to the continued deaths and injuries among civilians in Azerbaijan caused by landmines and other explosive remnants of war, as well as to the fate of thousands of Azerbaijanis who remain missing in connection with the former conflict. The Committee was also informed about the prosecution and conviction of military commanders and leaders of the former occupation regime for offences committed during the conflict, most of which constitute serious crimes under international law. It was underscored that calls for their release are unfounded and contrary to international law. Amb. Musayev stressed that, as such crimes constitute attacks on universal values, no State should arrogate to itself the right to absolve their perpetrators or disregard the legal consequences of their crimes. The international community must remain steadfast in opposing impunity and standing with victims, survivors and their families. Peace and accountability are not competing objectives. Justice helps establish the truth, preserve the historical record, counter denial and revisionism, and provide a foundation for genuine reconciliation.
— Azerbaijan UN 🇦🇿 (@AzmissionUN) October 19, 2026
Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair Protokolların statusu") üzrə bəyanatında keçmiş işğalçı rejimin hərbi komandirlərinin münaqişə zamanı törətdikləri vəhşiliklər barədə məlumat verilib.
AZXEBER.COM xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəsi, səfir Tofiq Musayev səsləndirib və minalar səbəbindən Azərbaycanda mülki şəxslər arasında davam edən ölüm, yaralanma hallarına, eləcə də keçmiş münaqişə ilə əlaqədar hələ də itkin hesab edilən minlərlə azərbaycanlının taleyinə diqqət çəkib.
Həmçinin keçmiş işğalçı rejimin hərbi komandirlərinin və rəhbərlərinin münaqişə zamanı törətdikləri, əksəriyyəti beynəlxalq hüquqa əsasən ağır cinayətlər hesab edilən əməllərə görə cinayət təqibinə cəlb olunması və məhkum edilməsi barədə məlumat verilib. Onların azadlığa buraxılması ilə bağlı çağırışların əsassız və beynəlxalq hüquqa zidd olduğu vurğulanıb.
Səfir T. Musayev bildirib ki, bu cür cinayətlər ümumbəşəri dəyərlərə hücum xarakteri daşıdığından, heç bir dövlət onları törədənləri məsuliyyətdən azad etmək və ya cinayətlərinin hüquqi nəticələrinə məhəl qoymamaq hüququnu mənimsəməməlidir:
"Beynəlxalq ictimaiyyət cəzasızlığa qarşı çıxmaqda və qurbanların, sağ qalanların və onların ailələrinin yanında olmaqda qətiyyətli olmalıdır. Ədalət həqiqəti bərqərar etməyə, tarixi faktları qorumağa və həqiqi barışıq üçün əsas yaratmağa kömək edir".











































