Şimali Koreya özünü müdafiə məqsədi ilə hər il raket və nüvə sınaqları keçirəcək.ANS PRESS-in məlumatına görə, bu barədə Şimali Koreyanın BMT-dəki missiyasının başçısının müavini, səfir Li Don İl bildirib."Koreya Xalq Demokratik Respuğlikasının müdafiə məqsədi daşıyan raket buraxılışları və nüvə sınaqları hər il olacaq", - deyə Li Don İl BMT Təhlükəsizlik Şurasında nüvə silahının yayılmasının qarşısının alınması üzrə keçirilən açıq müzakirədə bildirib.