BMT-dən açıqlama: Qəzza dünyanın ən təhlükəli yeridir

BMT-dən açıqlama: Qəzza dünyanın ən təhlükəli yeridir
DÜNYA
16:10 06.12.2023
157
Birləşmiş Millətlər Təşkilatı Qəzzada təhlükəsiz zona qalmadığını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Qəzzada 2 aydır müharibə davam edir. Bölgədə bombardman nəticəsində 16 mindən çox insan həyatını itirib.

Oktyabrın 7-də İsrailə edilən hücumlarda 310-dan çox əsgər olmaqla 1200 israillinin öldüyü, 5132 nəfərin yaralandığı açıqlanıb.
 
İsrail ordusunun məlumatına görə, Qəzza zolağına qurudan edilən hücumlarda 82, Livan sərhədində isə 6 İsrail əsgəri həlak olub.
 
Birləşmiş Millətlər Təşkilatı açıqlamasında Qəzzada təhlükəsiz zona qalmadığını və bu səbəbdən müəyyən tədbirlərin görülməsinin vacib olduğunu bildirib.
 
Nəzrin

OXŞAR XƏBƏRLƏR