BMT-dən Fələstinlə bağlı AÇIQLAMA

BMT-dən Fələstinlə bağlı AÇIQLAMA
DÜNYA
02:25 14.10.2023
296
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qəzza bölgəsində yaşananlar barədə açıqlama verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Quterreş Qəzzalı vətəndaşların tam mühasirədə olan, qida və sığınacaq olmayan bölgəyə köçürülməsinin çox təhlükəli olduğunu və bəzi şərtlər daxilində mümkün olmadığını bildirib. 

Qəzzada vəziyyətin daha da pisləşdiyinə diqqət çəkən Quterreş deyib:

"Dəhşətli terror hücumları nəticəsində 1200-dən çox insan həyatını itirib. Qəzzada intensiv bombardman başlayıb. Bu, bütün Qəzza əhalisini ağrı və xaosa sürükləyəcək".
 
Bölgədəki liderlərlə təmasda olduğunu bildirən Quterreş Qəzzaya humanitar yardımların təcili şəkildə çatdırılması lazım olduğunu qeyd edib. 

Mikayıl
OXŞAR XƏBƏRLƏR