BMT-dən Hindistana çağırış: İrqi ayrı-seçkiliyə son qoyun

BMT-dən Hindistana çağırış: İrqi ayrı-seçkiliyə son qoyun
DÜNYA
11:18 03.07.2024
132
Birləşmiş Millətlər Təşkilatının (BMT) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Komitəsi (CERD) Hindistanda Rohinca müsəlmanlarına qarşı rəftarla bağlı yazılı açıqlama verib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, yazılı açıqlamada "Hindistan Rohinca müsəlmanlarına qarşı irqi ayrı-seçkiliyə, məcburi deportasiyalara və özbaşına həbslərə son qoymalıdır" deyə bəyanatda deyilir. 

Bəyanatda həmçinin zorla deportasiya edilərək Myanmaya qaytarılacaq Rohinca müsəlmanlarının insan hüquqları pozuntularına məruz qalma riskinin olduğu bildirilib.
 
Rohinca müsəlmanlarına qarşı geniş yayılmış irqçi nifrət ifadələri və zərərli yanaşmalar barədə xəbərlərin yayıldığı qeyd edilib. 

"Biz Rohinca müsəlmanlarının, o cümlədən uşaqların qeyri-adekvat şəraitdə, bəzi hallarda lazımi prosedur və ya qanuni təmsilçiliyə çıxışı olmadan özbaşına, kütləvi şəkildə saxlanması ilə bağlı xəbərlərdən narahatıq”, - deyə bəyanatda deyilir.

O, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya üzv olan ölkələri bu əməlləri pisləməyə və onların araşdırılmasını və lazımi qaydada cəzalandırılmasını təmin etməyə çağırıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR