Rəsmi Tehran yanvarın 22-də keçirilməsi planlaşdırılan “Cenevrə-2” konfransında iştirak etməyəcək.
AZXEBER.COM “Anadolu” agentliyinə istinadən xəbər verir ki, BMT-nin baş katibi Pan Ki-Mun İranın bu tədbirdə iştirakını nəzərdə tutan dəvəti ləğv edib.
Baş katib həmçinin bu istiqamətdə gərgin dasnışıqların davam etdiyini deyib.
Qeyd edək ki, Suriya müxalifəti İran “Cenevrə-2” konfransında iştirak edəcəyi təqdirdə bu tədbirə qatılmayacağını açıqlamışdı.