BMT-dən İrana xoş xəbər

DÜNYA
19:16 05.09.2012
1640
Ölkədəki fars olmayan etnik qrupların milli haqını danan, tapdayan, yer adlarını farslaşdıran və başqa bu sayaq məsələlərdə milli zülm həyata keçirən, milli assimilyasiya siyasətini yürüdən Tehran hakimiyyəti körfəzin adı uğurunda mübarizəsini davam etdirir.BMT baş katibinin daimi təmsilçisinin və Tehranın icra başçısının iştirakı ilə İranı ərəb dövlətlərindən ayıran su obyektlərinin göstərildiyi yeni atlasın təqdimatı keçirilib.Həmin «atlas»da körfəz «Fars körfəzi» kimi göstərilib.Həmin atlas BMT-nin yardımı ilə hazırlanıb. Orada körfəz ətrafı dövlətlərin coğrafi mövqeyi, inkişafı və ətraf mühit haqqında məlumat öz əksini tapıb.Məlumata əsasən, YUNESKO öz sənədlərində «Fars körfəzi» ifadəsini silmişdi. Ancaq ötən günkü təqdimatdan sonra adı çəkilən yerin yenidən belə adlanacaq gözlənilir.Xatırladaq ki, ərəblərin «Ərəb körfəzi», farsların «Fars körfəzi» adlandırdığı bu su ərazsi tarixən «Kəngər körfəzi» adlanıb.Yeri gəlmişkən, Körfəzdəki Ərəb Dövlətləri əməkdaşlıq şurasının xarici işlər nazirlərinin 124-cü iclasında Əbu Musa, Kiçik Tonb və Böyük Tonb adaları ilə bağlı bəyanat verərək, onun Birləşmiş Ərəb Əmirliyinin ərazisi olduğunu bildiriblər.İranın Xarici İşlər Nazirliyi isə bunu təkzib edərək, adı çəkilən adaların İrana aid olduğunu bildirib.Maraqlıdır, ərəb dövlətləri körfəzin adının BMT tərəfindən bu sayaq qəbulu ilə razılaşacaqmı?
//lent.az

OXŞAR XƏBƏRLƏR