BMT-dən qorxunc açıqlama: Qəzzada yoluxucu xəstəliklər artır

BMT-dən qorxunc açıqlama: Qəzzada yoluxucu xəstəliklər artır
DÜNYA
15:04 23.05.2024
133
Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin 8 aydır hücumlarını davam etdirdiyi və humanitar fəlakətə səbəb olduğu Qəzza zolağında yoluxucu xəstəliklərin artdığını açıqlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) X sosial media hesabında edilən açıqlamada Qəzzadakı vəziyyətlə bağlı məlumat verilib.

Məlumatda deyilir: "Ümumdünya Səhiyyə Təşkilatı Qəzzada yoluxucu xəstəliklərin, o cümlədən ishal və Hepatit A-ya şübhəli halların artıb".

Açıqlamada UNRWA-nın səhiyyə xidmətləri göstərməyə davam etdiyi bildirilib və məcburi köçkünlərin sığındığı sığınacaqlarda həddindən artıq sıxlığın olduğu vurğulanıb. Məcburi köçkünlük nəticəsində yaranan məhdud gigiyena şəraitinin ciddi sağlamlıq riskləri yaratdığı xüsusi qeyd olunub.


Gülay
OXŞAR XƏBƏRLƏR