BMT: Əfqanıstandakı zəlzələ yüz minlərlə insana təsir edib

BMT: Əfqanıstandakı zəlzələ yüz minlərlə insana təsir edib
DÜNYA
03:47 03.09.2025
494
Əfqanıstanın şərqində baş vermiş zəlzələdən yüz minlərlə sakin zərər çəkə bilər.

Bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiyası Bürosunun nümayəndəsi İndrika Ratvatte məlumat verib.

"Təbii fəlakətə məruz qalmış əyalətlərin coğrafi uzaqlığını və əhalinin yüksək sıxlığını nəzərə alsaq, zəlzələ yüz minlərlə insana təsirsiz ötüşməyə bilər", - o, brifinqdə bildirib.

Nümayəndənin sözlərinə görə, maliyyənin azaldılması səbəbindən BMT-nin təbii fəlakətdən zərər çəkmiş sakinlərə humanitar yardım göstərmək üçün kifayət qədər resursu yoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Hinduquş dağlarındakı zəlzələdən 12 minə yaxın Əfqanıstan sakini birbaşa təsirlənib.

Təşkilatdan bildiriblər ki, fəlakət zonasına 23 tondan çox dərman və tibbi məhsul göndərilib, ÜST-ün üç səyyar tibbi briqadası hadisə yerinə yollanıb.
 
/report
OXŞAR XƏBƏRLƏR