Birləşmiş Millətlər Təşkilatı (BMT) Fələstin xalqının öz müqəddəratını təyin etmək və müstəqillik hüququnu bir daha təsdiqləyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, WAFA-nın məlumatına görə, BMT Baş Assambleyasının İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsi Fələstin xalqının müstəqillik və işğaldan azad olmaq hüququnu "ayrılmaz və qeyd-şərtsiz fundamental hüquq" kimi bir daha təsdiqləyən illik qətnaməsini qəbul edib.
Qətnamədə Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyul ayında İsrail işğalının qanunsuz olduğu və dərhal dayandırılmalı olduğu bildirilən məsləhət rəyinə istinad edilir.
Qeyd edək ki, qətnamə Kanada, Avstraliya, Avropa Birliyi üzvləri və Asiya və Afrikadakı çoxsaylı dövlətlər də daxil olmaqla 164 ölkənin səsverməsi ilə qəbul edilib. İsrail, ABŞ, Argentina və Paraqvay da daxil olmaqla yeddi ölkə qətnaməyə qarşı səs verdi, doqquz ölkə isə bitərəf qaldı.
Gülay










































