BMT: "Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb"

BMT: "Hərbi əməliyyatlarda 847 dinc sakin ölüb"
DÜNYA
12:16 20.03.2022
215
Rusiyanın Ukraynadakı hərbi əməliyyatları nəticəsində 847 dinc sakin ölüb, 1 399-ü isə yaralanıb.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İdarəsi yayıb.

Bildirilib ki, real rəqəmlər bundan çox ola bilər. 3 milyon 63 mindən çox ukraynalı hərbi əməliyyatlara görə xaricə, əsasən Polşaya köçüb, yəni, qaçqın düşüb.

Qeyd edək ki, yerli hakimiyyət təkcə Ukraynanın Mariupol şəhərində Rusiyanın hərbi müdaxiləsi nəticəsində 2 mindən çox dinc sakinin öldüyünü bildirmişdi.
OXŞAR XƏBƏRLƏR