Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Dujarrik İsrailin göndərilən yardımın yarıdan çoxunun qarşısını aldığını açıqlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İsrail Qəzzaya yardımın gəlməsinin qarşısını almağa davam edir.
Birləşmiş Millətlər Təşkilatının Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında BMT-nin Humanitar Yardım Koordinasiya Ofisinin Qəzza ilə bağlı aylıq hesabatını açıqlayıb və İsrailin yardımlara mane olduğunu vurğulayıb.
Dujarrik mart ayında Qəzzaya çatdırılması planlaşdırılan həyat xilasedici yardımın İsrail hakimiyyəti tərəfindən əngəlləndiyini bildirib.
O, açıqlamasında "İsrail səlahiyyətliləri ilə koordinasiya tələb edən yüksək riskli bölgələrdə BMT-nin koordinasiya etdiyi ərzaq yardımının yarısından çoxu ya rədd edilib, ya da bloklanıb", - deyə qeyd edib.
Qəzzanın şimal və cənub bölgələri arasında humanitar yardım işçilərinin çıxışı üçün yalnız bir əsas yolun olduğunu bildirən Dujarrik Qəzzanın şərq sərhədindəki yolun indiyə qədər məhdud şəkildə istifadə edildiyini açıqlayıb.
Nəzrin