Müharibə başlayandan Ukraynada nə qədər insan ölüb?

Müharibə başlayandan Ukraynada nə qədər insan ölüb?
DÜNYA
18:21 10.05.2022
356
Müharibə başlayandan bəri Ukraynada 3381 nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsinin məlumatında bildirilib.

Həmçinin bildirilib ki, həlak olanlardan 1227-i kişi, 787-i qadın, 166-sı uşaqdır. Statistikaya görə 3680 nəfər yaralanıb.

BMT əlavə edib ki, Ukraynadakı müharibə qurbanlarının real sayı bundan çox ola bilər.

Bildirilib ki, Rusiyanın işğalı səbəbindən ölkə daxilində didərgin düşmüş ukraynalıların sayı artıq 8 milyon nəfəri keçib.
OXŞAR XƏBƏRLƏR