BMT: "Müharibə nəticəsində 1,2 milyondan çox sakin Ukraynanı tərk edib"

BMT: "Müharibə nəticəsində 1,2 milyondan çox sakin Ukraynanı tərk edib"
DÜNYA
15:46 05.03.2022
322

Rusiyanın apardığı müharibə nəticəsində 1 milyon 209 mindən çox sakin Ukraynanı tərk edib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Polşaya 649 min, Macarıstana 144 min, Moldovaya 103 min, Slovakiyaya 90 min, Rumıniyaya 57 min, Rusiyaya 53 min, Belarusa 384 və digər Avropa ölkələrinə isə 110 mindən çox sakin sərhədi keçib.

Xatırladaq ki, Rusiya və Ukrayna arasında baş verən müharibə fevralın 24-dən başlayıb. //report

OXŞAR XƏBƏRLƏR