BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
SİYASƏT
09:39 26.02.2026
200
BMT-nin Azərbaycandakı Missiyası Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə paylaşım edib.
AZXEBER.COM-un məlumatına görə, bu barədə qurumun "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
"Xocalı faciəsinin qurbanlarının xatirəsini dərin hörmətlə yad edirik. Belə faciələrin bir daha təkrarlanmaması üçün bütün səylər göstərilməlidir. Davamlı sülh yalnız dialoq və barışma yolu ilə əldə edilə bilər", - paylaşımda qeyd olunub.