BMT-nin Baş katibi Misirə gəldi

BMT-nin Baş katibi Misirə gəldi
DÜNYA
19:10 20.10.2023
173
BMT-nin Baş katibi Antonio Quterriş Misirin Sinay yarımadasının şimalinda yerləşən Əl-Ariş şəhərinə gəlib.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Antonio Quterriş Əl-Ariş şəhərindən "Rafah" nəzarət-buraxılış məntəqəsinə yollanacaq. O, fələstinli sakinlərə humanitar yardım aparan ilk yük avtomobillərinin sərhədi keçməsinə şəxsən nəzarət etmək niyyətindədir.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan "İzzəddin əl-Kassam" briqadasının İsrailin nəzarətində olan ərazilərə hücumlarından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. İsrail tərəfi HƏMAS-ın hücumuna cavab olaraq Qəzza sektoruna, Livan və Suriyanın ayrı-ayrı rayonlarına zərbələr endirməyə başlayıb.
OXŞAR XƏBƏRLƏR