BMT-nin baş katibi Qəzzada atəşkəslə bağlı sammitdə iştirak edəcək

BMT-nin baş katibi Qəzzada atəşkəslə bağlı sammitdə iştirak edəcək
DÜNYA
10:03 12.10.2025
168
BMT-nin baş katibi Antonio Quterreş Misirdə Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə keçiriləcək zirvədə iştirak edəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

"Baş katib bazar ertəsi Şarm əş-Şeyxdə keçiriləcək sülh sammitində iştirak etmək üçün Misirə gedəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisinin ofisi 20-dən çox ölkənin liderlərinin sammitdə iştirak etmək üçün dəvət edildiyini açıqlamışdı
 
 
\APA
OXŞAR XƏBƏRLƏR