Suriyadakı hərbi birləşmə BMT-nin 4 filippinli sülhməramlısını azad edib. Onlar Suriya-İsrail sərhədində, Qolan təpələrində əsir düşmüşdülər.
AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Əl-Cəzirə bildirir ki, sülhməramlıları İsrail tərəfinə təhvil veriblər. Lakin onların azad edilməsi barədə rəsmi açıqlama hələlik yoxdur.Reyter bildirir ki, sülhməramlıların Qolan təpələrində əsir götürülməsini "Yarmuk əzabkeşləri" qruplaşması öz üzərinə götürmüşdü. Bu qruplaşma əvvəllər də belə hadisələr törədib.