"BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst qurumun Azərbaycanla bağlı hesabatında ilk növbədə Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün hüquqlarının pozulmasını ümumiləşdirib onun haqqında bəyanat yaymalı idi”.
Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.
Politoloqun sözlərinə görə, BMT-nin insan hüquqları komissiyası Suriyada, Azərbaycanda, eləcə də başqa-başqa ölkələrdə olan qaçqınqınların hüquqlarını diqqətdə saxlamalıdır: "Ümumiyyətlə BMT Azərbaycana münasibətdə həmişə obyektiv mövqe tutmağa çalışsa da son zamanlar onun da mövqeyində qərəz var. Görünür, müəyyən dairələr bu məsələlərdə maraqlıdırlar. Amma buna baxmayaraq, BMT ilə Azərbaycanın münasibətləri normal müstəvidə davam edir”.
O əlavə edib ki, Venesiya komissiyasının da Azərbaycanla bağlı neqativ rəy formalaşdırması siyasi sifarişdən xəbər verir: "Onların fikirləri bizlər üçün önəmli deyil. Azərbaycan öz qanunlarını təkmilləşdirir və inkişaf etdirir”.