BMT-nin qərargahında Novruz bayramı keçirilib - FOTOLAR

BMT-nin qərargahında Novruz bayramı keçirilib - FOTOLAR
09:28 20.03.2013
1105
Novruz bayramı münasibətilə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə bu qurumun qərargahında İran, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndəlikləri ilə birlikdə tədbir keçirilib. Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən verilən məlumata görə, tədbirdə çıxış edən BMT-nin baş katibi iştirakçılara təbriklərini çatdırıb, Novruz bayramının əhəmiyyətindən danışmışıb. BMT Baş Məclisinin 67-ci sessiyası prezidentinin müavini - Əfqanıstanın BMT yanında daimi nümayəndəsi Assambleya prezidentinin müraciətini oxuyub və təbriklərini çatdırıb.Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb. Diplomat qeyd edib ki, Baş Məclisin 64-cü sessiyası zamanı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi yekdilliklə qəbul olunub və 21 mart tarixini Beynəlxalq Novruz Günü kimi tanıyıb.A.Mehdiyev üç min ildən artıq müddətdir keçirilən Novruz bayramının üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd edilməsinin xalqların həmrəyliyinin təşviq olunmasına xidmət etdiyini bildirib, tədbir iştirakçılarına təbriklərini çatdırıb. Çıxışlardan sonra tədbir Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin xalq yaradıcılıq ustalarının iştirakı ilə davam edib. Tədbir çərçivəsində Novruz bayramına aid şirniyyat nümunələri təqdim olunub. //anspress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib