BMT-nin Rəfahla bağlı bəyanatı: "Ən azı 200 nəfər həlak olub"

BMT-nin Rəfahla bağlı bəyanatı: "Ən azı 200 nəfər həlak olub"
DÜNYA
11:36 29.05.2024
92
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin kommunikasiyalar üzrə direktoru Juliette Touma İsrailin Rəfah şəhərindəki düşərgəyə edilən hücumda ən azı 200 nəfərin həlak olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin kommunikasiya direktoru Juliette Touma Nyu-Yorkda gündəlik mətbuat konfransında iştirak edərək jurnalistlərin suallarını cavablandırıb.

Mayın 6-dan sonra Qəzzanın cənubundakı Rəfahı 1 milyondan çox insanın tərk etdiyini bildirən Touma köçkünlərin hələ də davam etdiyini bildirib.

Touma bu insanların daha əvvəl də bir neçə dəfə evlərindən didərgin salındığını və bölgədə intensiv bombardmanın davam etdiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR