İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına hücumları davam edərkən, Qəzza zolağında humanitar vəziyyətlə bağlı təqdim edilən və veto qoyulan 4 qanun layihəsinin ardınca Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 5-ci qətnamə layihəsini səsə qoyacaq.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası bölgədəki humanitar vəziyyəti müzakirə etmək üçün yenidən toplanır.
Qəzza üçün 5-ci qanun layihəsi İclasda Maltanın təqdim etdiyi qətnamə layihəsi səsə qoyulacaq.
Sözügedən qətnamə layihəsi Qəzza zolağında humanitar vəziyyətlə bağlı 5-ci qətnamə layihəsi olacaq.
Qətnamə layihəsində uzadılmış humanitar fasilələr, qeyri-məhdud yardım paylanması, tibbi təxliyə və Qəzzada saxlanılan əsirlərin qeyd-şərtsiz azad edilməsi tələb olunur və bütün tərəflərin beynəlxalq humanitar hüquqa riayət etməli olduğu vurğulanır.
Ayşən