BMT Qəzzada dağıntıların maliyyə dəyərini açıqladı

DÜNYA
12:49 04.09.2024
142
İsrailin oktyabrın 7-dən bu yana Qəzzaya etdiyi hücumların vurduğu maddi ziyanın 18,5 milyard dollar olduğunu açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Fələstin Agentliyi (UNRWA) məlumat yayıb.
 
Verilən açıqlamada bildirilib:
 
"Qəzzada ən azı 370 min evə ziyan dəyib, onlardan 79 mini tamamilə dağılıb. Qəzzada kritik infrastruktura dəyən zərərin dəyəri təxminən 18,5 milyard ABŞ dollarıdır.Bunun 72 faizi mənzil sektoruna, 19 faizi su, səhiyyə və təhsil kimi ictimai xidmət infrastrukturuna, 9 faizi isə ticarət və sənaye binalarına dəyən zərərlə bağlıdır".
 
Oksana
OXŞAR XƏBƏRLƏR