Qəzza zolağında ölənlərin sayının 25 mini keçdiyinə diqqət çəkən Birləşmiş Millətlər Təşkilatı "Hər saat 2 ananın öldürüldüyünü" açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 10800-ü uşaq, 7250-si qadın olmaqla 25295 fələstinli həyatını itirib, 63000 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffits sosial media hesabında mesaj paylaşıb.
Qəzzada izdihamlı xəstəxanaların bombardmana məruz qaldığını bildirən Qriffits evlərin dağıntıya çevrildiyini qeyd edib.
Qriffits təhlükəsiz ərazilərin təhlükəli ərazilərə çevrildiyini bildirib.
Oktyabrın 7-dən bu yana Qəzzaya qarşı vəhşiliklərdə azalma olmadığını bildirən Qriffits Qəzzada hər saat 2 ananın öldürüldüyünü açıqlayıb.
Gülay