BMT: "Qəzzada yardım işçiləri də daxil olmaqla heç kim təhlükəsiz deyil"

BMT: "Qəzzada yardım işçiləri də daxil olmaqla heç kim təhlükəsiz deyil"
DÜNYA
11:46 14.05.2024
110
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin baş komissarı Filip Lazzarini "X” sosial media hesabında Qəzzada BMT-nin avtomobilinə edilən və bir əməkdaşının həyatını itirdiyi hücumla bağlı paylaşım edib.

AZXEBER.COM xəbər verir ki, Qəzzada daha bir yardım işçisinin öldürüldüyünü və bu şəxsin də BMT-nin təhlükəsizlik bölməsindən olduğunu qeyd edən Lazzarini Qəzzada BMT-də çalışan çox sayda insanın öldürüldüyünü vurğulayıb.

İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana təkcə UNRWA-dan 188 komanda üzvünün öldürüldüyünü xatırladan Lazzarini deyib:

"Qəzzada yardım işçiləri də daxil olmaqla, heç kim təhlükəsiz deyil".

Ayşən
OXŞAR XƏBƏRLƏR