BMT-nin İnsan Haqları Şurası Quranın yandırılmasından sonra Pakistanın təqdim etdiyi "dini nifrət”lə bağlı mübahisəli qətnaməni təsdiq edib.
AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurası İsveçdə Quranın yandırılmasından sonra İslam Əməkdaşlıq Təşkilatı adından Pakistanın təqdim etdiyi "dini nifrət”lə bağlı mübahisəli qətnaməni qəbul edib.
Qətnamə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə rəhbərindən dini nifrətlə bağlı hesabat dərc etməyi və dövlətlərdən "dini nifrət və təbliğat aktlarının qarşısının alınmasına və mühakimə olunmasına mane ola biləcək” boşluqları doldurmaq üçün öz qanunlarına yenidən baxmağı tələb edir.
Xatırladaq ki, ötən ay İsveçə gedən iraqlı miqrantın Stokholmda məscidin qarşısında Quranı yandırması müsəlman dünyasının qəzəbinə səbəb olmuşdu.
Şəbnəm