BMT rəsmisi: “Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir”

BMT rəsmisi: “Azərbaycanın vaksinlərin idxalı üçün səyləri müsbət təsirini göstərir”
SİYASƏT
11:18 04.04.2021
425
COVAX platforması çərçivəsində peyvəndlərin ölkəyə gətirilməsi tam şəkildə hökumət tərəfindən maliyyələşdirilir.

Bu fikirləri UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Kavardin ölkəyə göndərilən "Vaxzevria” (əvvəlki adı "AstraZeneca”) vaksininin qarşılama mərasimində deyib.

O bildirib ki, növbəti görülməli vacib iş insanların kütləvi peyvəndlənməsinə nail olmaqdır: "Çünki virusla mübarizənin ən səmərəli yolu peyvənd vurdurulmasıdır. Ümid edirəm ki, birgə səylərlə çətin dövrü geridə qoymuş olacağıq”.

BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İsakzai COVAX platforması çərçivəsində peyvəndin ilk partiyasının Azərbaycana gətirilməsi münasibəti ilə hökuməti təbrik edib: "Ümumiyyətlə Azərbaycan hökuməti virusla mübarizə istiqamətində vaksinlərin erkən mərhələdə idxalı üçün çox səylər göstərir və bu da öz müsbət təsirini göstərir”.
 
///Report
OXŞAR XƏBƏRLƏR