BMT rəsmisi: “Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır”

BMT rəsmisi: “Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır”
DÜNYA
19:20 09.03.2023
183
"Dünyada 850 milyondan artıq insan aclıq içərisində yaşayır”.

Bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının böyük elmi işçisi İsmahan Eluafi X Qlobal Bakı Forumu çərçivəsində "Meqatəhdidlər dövrü: İqlim təhlükəsizliyi; Qida təhlükəsizliyi; Nüvə təhlükəsizliyi” mövzusunda keçirilən ilk panel iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qida məhsullarının təhlükəsizliyi məsələsi çox vacibdir: "Təəssüflər olsun ki, insanların aclıq içərisində yaşaması kimi problemlər mövcuddur. İqlim dəyişikliyi problemi də var. Maliyyə məsələsi də burada çox önəmlidir. Biz bu məsələləri Forumda açıq-aşkar qaldırırıq”.
OXŞAR XƏBƏRLƏR