"Əfqanıstanın hər yerində humanitar problemlər var”.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) humanitar məsələlər üzrə Əfqanıstandakı xüsusi koordinatoru Ramiz Ələkbərov bildirib.
"Humanitar əlçatanlıqla bağlı problemlər Əfqanıstanın bütün bölgələrində mövcuddur”, - o, söyləyib.
BMT rəsmisinin sözlərinə görə, "Taliban” qruplaşması BMT-dən Əfqanıstanda fəaliyyətini davam etdirməsini istəyib.
R.Ələkbərov Əfqanıstanda səhiyyə sferasının tədricən stabilləşdiyini qeyd edib.
///Report