BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”

BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”
DÜNYA
18:45 09.05.2023
138
"İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.

"BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, - o söyləyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.
OXŞAR XƏBƏRLƏR