BMT: “Taliban” Əfqanıstan əyalətlərinin mərkəzlərinə hücuma hazırlaşır

BMT: “Taliban” Əfqanıstan əyalətlərinin mərkəzlərinə hücuma hazırlaşır
DÜNYA
22:53 22.06.2021
613
"Taliban" hərəkatının qiyamçıları maydan başlayan hücum əməliyyatında Əfqanıstanın onlarla rayonunu nəzarət altına alıblar və ehtimal ki, bir sıra əyalətlərin paytaxtlarının tutulması üzrə əməliyyatlar hazırlayır.

AZXEBER.COM "EFE” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Debora Layons deyib.

O, BMT Təhlükəsizlik Şurasında bildirib ki, maydan başlayan intensiv hücum əməliyyatı nəticəsində Əfqanıstanda 50-dən çox rayon "taliblər”in nəzarəti altına düşüb.

BMT rəsmisi bir çox hallarda bu rayonların vilayət inzibati mərkəzlərinin yaxınlığında yerləşən ərazilər olduğunu qeyd edib. "Bu, "Taliban”ın xarici qoşunların geri çəkilməsi başa çatdıqdan sonra həmin inzibati mərkəzləri ələ keçirməyə çalışmaq üçün mövqelər tutduğunu göstərir", - Debora Layons deyib.

Layons dünya ictimaiyyətini "taliblər”ə onların Əfqanıstan hakimiyyəti ilə problemlərin həllini döyüş meydanında deyil, danışıqlarda axtarmaları üçün təsir göstərməyə çağırıb.

Əfqanıstanın 34 əyaləti 400 rayona bölünür.

Daha əvvəl "Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın şimalındakı Balx və Samanqan əyalətlərində iki rayon üzərində nəzarəti ələ keçiriblər.

Əfqanıstanda sülhün qurulması üzrə səylərə baxmayaraq, ölkədə zorakılıq halları səngimir. Ölkə hakimiyyəti hesab edir ki, zorakılıq və qeyri-sabit vəziyyət xarici kontingentin çıxarılması prosesinin başlanmasından sonra güclənib.

BMT-nin bundan əvvəlki məlumatına görə, "Taliban" Əfqanıstan ərazisinin təxminən 50-70 %-ə nəzarət edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:31 01.07.2026
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
16:27 01.07.2026
Hafiz Paşayevlə nazirin maraqlı dialoqu - VİDEO
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
16:22 01.07.2026
“Qarabağ”ın Avroliqa oyunlarının hakimləri müəyyənləşdi
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
16:08 01.07.2026
Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:05 01.07.2026
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
15:53 01.07.2026
“Kristal”ın Sumqayıt layihələrində mənzil satışları davam edir – sərfəli şərtləri qaçırma!
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
15:35 01.07.2026
Səhiyyə Nazirliyindən əhaliyə XƏBƏRDARLIQ
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
15:21 01.07.2026
Azərbaycana gətirilən uşaq qidaları ilə bağlı qorxunc mənzərə: Valideynlər bunlara diqqət etməsələr...
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
14:59 01.07.2026
Hindistanda həyəcan təbili: Son 100 ilin ən quraq iyun ayı qeydə alındı
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
14:53 01.07.2026
DİM-dən imtahan verəcək abituriyentlərə XƏBƏRDARLIQ
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:49 01.07.2026
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
14:37 01.07.2026
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
14:28 01.07.2026
"İdrak" liseyində şagird müəllimi buna görə güllələyibmiş
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
14:10 01.07.2026
Onlayn media subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
14:08 01.07.2026
Yeni istiqamət, yeni imkanlar: Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...
14:04 01.07.2026
Vətəndaşlara vacib xəbər - İyulun 6-dan dəyişir...