BMT Təhlükəsizlik Şurası İsrailin Qətərə zərbələrini pisləyib

BMT Təhlükəsizlik Şurası İsrailin Qətərə zərbələrini pisləyib
DÜNYA
00:48 12.09.2025
161
BMT Təhlükəsizlik Şurası İsrailin Qətərin paytaxtına endirdiyi zərbələri pisləyib və ərəb ölkəsinin suverenliyinə dəstəyini vurğulayıb.

Bu barədə Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin yaydığı bəyanatda bildirilib.

"Təhlükəsizlik Şurasının üzvləri əsas vasitəçinin evi olan Dohaya 9 sentyabr hücumlarını pisləyib. Onlar insanların həlak olmaslı ilə bağlı dərin təəssüflərini bildiriblər", - deyə qeyd edilib.

Bildirilib ki, onlar BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq Qətərin suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.
OXŞAR XƏBƏRLƏR