BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı ortaq fikrə gələ bilmədi

BMT Təhlükəsizlik Şurası Yaxın Şərqlə bağlı ortaq fikrə gələ bilmədi
DÜNYA
09:16 19.05.2021
463
BMT Təhlükəsizlik Şurası Fələstin və İsrail arasında mövcud olan qarşıdurmanın kəskinləşməsinə dair son iki həftə ərzində keçirdiyi dördüncü iclasda vahid mövqe sərgiləyə bilməyib.

AZXEBER.COM-un məlumatına görə, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasına may ayında sədrlik edən Çjan Tszun özünün tvitter səhifəsində yazıb.

Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur isə bildirib ki, BMT Təhlükəsizlik Şurasının ortaq mövqe nümayiş etdirməməsi utancvericidir.

OXŞAR XƏBƏRLƏR