BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin müharibəsi ilə bağlı GƏRGİNLİK

BMT Təhlükəsizlik Şurasında İsrail-Fələstin müharibəsi ilə bağlı GƏRGİNLİK
DÜNYA
12:25 09.10.2023
189
ABŞ-nin BMT Təhlükəsizlik Şurasında HƏMAS-ın pislənməsi tələbi cavabsız qalıb. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son toqquşmalar BMT Təhlükəsizlik Şurasında qızğın müzakirələrə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) dünən keçirilən iclasında ABŞ-nin HƏMAS-ı qınamaq çağırışlarının cavabsız qaldığı bildirilib.

Qapalı keçirilən görüşdən sonra nümayəndələr jurnalistlərə açıqlama veriblər.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud qeyd edib ki, HƏMAS-ın hücumları iclasda bir çox üzv tərəfindən pislənib, lakin Şura üzvlərinin hamısı bu qınaqı dəstəkləməyib. 

Vud görüşdə ABŞ-nin diqqətinin HƏMAS-ı qınamaq olduğunu ifadə edərək, HƏMAS-ın "İsrail xalqına qarşı terror hücumlarını dərhal dayandırması" lazım olduğunu vurğulayıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR