Azərbaycanın iştirakı ilə BMT Təhlükəsizlik Şurasının ilk toplantısı yanvarın 4-də keçiriləcək.Rusiya və ABŞ da daxil olmaqla, BMT-nin bir sıra üzvləri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlamasını rəsmi olaraq alqışlayıblar. Qeyd edək ki, Azərbaycan və digər dörd ölkə - Mərakeş, Qvatemala, Pakistan və Toqo yanvarın 1-dən Təhlükəsizlik Şurasında iki il müddətinə səlahiyyətlərinin icrasına başlayıb. BMT İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, Təhlükəsizlik Şurası yanvarın 4-də toplaşacaq. Suriyadakı iğtişaşlar və İranın nüvə məsələsi Təhlükəsizlik Şurasının yaxın gələcəkdə əsas prioritetləridir. Azərbaycan BMT-dəki tərəfdarlarına əsas qlobal problemlərin həllində konstruktiv rol oynayacağını bildirib.