BMT Təhlükəsizlik Şurası Yaxın Şərqdə artan gərginlik fonunda İranla bağlı təcili iclas çağırıb. Şuranın 10112-ci iclası 28 fevral 2026-cı il tarixində Bakı vaxtı ilə saat 01:00-da Nyu-Yorkda keçiriləcək. İclasın regionda son hərbi eskalasiya və İran ətrafında yaranmış təhlükəsizlik vəziyyətinə həsr olunacağı gözlənilir. Şura üzvlərinin mövcud vəziyyəti qiymətləndirəcəyi və mümkün diplomatik addımları nəzərdən keçirəcəyi bildirilir. /report