BMT: Ukraynada azı 249 mülki şəxs həlak olub

BMT: Ukraynada azı 249 mülki şəxs həlak olub
DÜNYA
20:59 03.03.2022
570
Fevralın 24-dən bugünədək Ukraynada azı 249 mülki şəxs həlak olub, 553 nəfər yaralanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.

"2022-ci il fevralın 24-dən martın 2-si gecə yarısına qədər Ukraynadakı ofisimiz ölkədə 802 mülki qurban qeydə alıb: 249 nəfər həlak olub, 553 nəfər yaralanıb”, - məlumatda deyilir.
OXŞAR XƏBƏRLƏR