BMT Ukraynaya yardımla bağlı dünyaya çağırış etdi

BMT Ukraynaya yardımla bağlı dünyaya çağırış etdi
DÜNYA
15:51 07.06.2023
177
"Kaxovka bəndinin dağılmasından sonra 40 yaşayış məntəqəsində daşqınlar baş verib və on minlərlə insana təcili yardım göstərilməlidir".

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi və fövqəladə yardım koordinatoru Qriffits BMT Təhlükəsizlik Şurasında deyib.
 
Griffiths hadisələri fəlakət kimi qiymətləndirərək, fəlakətin böyüklüyünün yalnız bir neçə gündən sonra başa düşülə biləcəyini bildirib.
 
"Ukraynanın cənubunda cəbhə xəttinin hər iki tərəfində minlərlə insanın evlərini, ərzaqlarını, təhlükəsiz sularını və dolanışıq vasitələrini itirməsi artıq ciddi və geniş miqyaslı nəticələrlə göz qabağındadır. Bəndin yaratdığı Kaxovka su anbarı regionda xilasedicidir və təkcə Xersonda deyil, həm də Zaporojya və Dnepr bölgələrində milyonlarla insan üçün mühüm su mənbəyidir. Ukrayna hakimiyyəti Xerson vilayətində azı 40 yaşayış məntəqəsinin artıq su altında qaldığını və ya qismən su altında qaldığını bildirir. Yaxın günlərdə bu rəqəmin artacağı gözlənilir”, - deyə o bildirib.
 
Qeyd edək ki, Ukrayna Milli Polisinin yaydığı bəyanatda bildirilir ki, iyunun 6-sı saat 21:00-a olan məlumata görə, Xerson şəhərində 1366 nəfər riskli bölgələrdən təxliyə edilib. Açıqlamada rayonda 862 polis əməkdaşının xidmətdə olduğu bildirilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR