Birləşmiş Millətlər Təşkilatı (BMT) İsrailin sıx hücumları altında olan Qəzzaya böyük miqdarda yardım edilməzsə aclıq və çarəsizliyin yayılacağını bildirib.
AZXEBER.COM xəbər verir ki, BMT böyük miqdarda yardım gəlməyincə Qəzzada aclığın genişlənəcəyi barədə xəbərdarlıq edib.
BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Qəzzada son vəziyyətlə bağlı məlumat paylaşıb.
Rəfah Sərhəd Qapısının bağlanması və Kerem Əbu Səlim Sərhəd Qapısının məhdud xidməti səbəbiylə Qəzzaya həyat qurtaran yardımın məhdudlaşdırıldığını ifadə edən Dujarrik Dünya Ərzaq Proqramının ölkədə ərzaq paylanmasının mümkün olmadığını açıqlayıb.
Dujarrik bir çox xəstəxanaların lazımi yanacaq və dərmana malik olmadığını bildirib.
Ayşən