Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdə ümumi vəziyyətin çox təhlükəli olaraq qaldığına diqqət çəkib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurası ABŞ-nin İraq və Suriyaya hücumlarını müzakirə etmək üçün Rusiyanın tələbi ilə toplanıb.
BMT baş katibinin siyasi və sülh quruculuğu məsələləri üzrə müavini Rozmari DiKarlo burada çıxışında BMT-nin baş katibi Antonio Quterreşin 7 oktyabrdan sonra gərginliyin artması və səhvlərə yol verilməsi ehtimalına qarşı xəbərdarlıq etdiyini və Yaxın Şərqdəki gərginliyin bir çox insanı cəlb etdiyini bildirib.
O, 2023-cü ilin oktyabr ayından etibarən bölgədə demək olar ki, hər gün bir insident baş verdiyini, Suriya və İraqdakı ABŞ obyektlərinə 165 hücumun həyata keçirildiyini bildirib.
Ayşən