BNA məsləhət almaq üçün 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

BNA məsləhət almaq üçün 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək
SOSİAL
15:39 06.07.2020
1059
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Alpina Parking Consulting” MMC olub.

AZXEBER.COM Yeniavaz.com-a istinadla xəbər verir ki, "Alpina Parking Consulting” MMC BNA-nın sifarişi əsasında Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətini həyata keçirəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA "Alpina Parking Consulting” MMC-yə 2 milyon 124 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, "Alpina Parking Consulting” MMC cəmi 4 ay əvvəl – 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. BNA-nın tender elanı aprel ayının əvvəlində elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi ay yarım əvvəl yaranıb.

Onu da bildirək ki, "Alpina Parking Consulting” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 2,1 milyon manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A ünvanında qeydiyyatdadır.

MMC-nin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
13:00 22.07.2026
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
12:56 22.07.2026
Özəl klinikalarda problemlər artır – Xidmət keyfiyyəti necə qorunmalıdır?
Sabah hava necə olacaq?
12:52 22.07.2026
Sabah hava necə olacaq?
Arzum ev dustaqlığına buraxıldı
12:40 22.07.2026
Arzum ev dustaqlığına buraxıldı
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
12:36 22.07.2026
"Arzum"un məhkəməsi davam edir - Vəkilindən təsirli çıxış: "4 uşaq sığınacağa verilə bilər"
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
12:23 22.07.2026
AccessBank Milli Mətbuat Gününü media nümayəndələri ilə birlikdə qeyd etdi - FOTOLAR
Azercell media nümayəndələrini təbrik edir
12:17 22.07.2026
Azercell media nümayəndələrini təbrik edir
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
12:13 22.07.2026
Yunanıstanda 43 dərəcəlik istilər: Açıq havada işlər dayandırıldı
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
12:05 22.07.2026
Jurnalistika qabiliyyət imtahanı kompüterlə olacaq: DİM narahatlıqlara aydınlıq gətirdi
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
11:59 22.07.2026
Hikmət Hacıyev: Mediamız qlobal informasiya məkanında mövqeyini gücləndirəcək
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
11:57 22.07.2026
Yük daşıyıcılarına şad xəbər: Azərbaycan və Gürcüstan arasında yeni sistem işə düşdü
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
11:54 22.07.2026
AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
11:50 22.07.2026
Ankarada təlim helikopteri qəzaya uğradı - yaralılar var
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
11:33 22.07.2026
Tofiq Mirzəyevin ölüm səbəbi bilindi
Arzumun cəzasının ağırlaşdırılması istənildi
11:21 22.07.2026
Arzumun cəzasının ağırlaşdırılması istənildi
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi
11:14 22.07.2026
Azərbaycan komandası Avropa Universitet Oyunlarında dörddəbir finala yüksəldi