BNA və Araz Mirzəyev 39 nömrəli avtobusun öldürdüyü qadının qanını batırmaq istəyir? - İDDİA

BNA və Araz Mirzəyev 39 nömrəli avtobusun öldürdüyü qadının qanını batırmaq istəyir? - İDDİA
SOSİAL
17:14 02.10.2017
7436
Xəbər verdiyimiz kimi, sentyabr ayının 14-də Bakının Yasamal rayonunda 39 nömrəli marşrut avtobusunun piyadalar üçün ayrılmış yerdə dayanan vurduğu qadın dünyasını dəyişib. Azyaşlı övladını kənara atan ana onu ölümdən son anda xilas edib.
 
Ailəyə yaxın olan mənbənin AZXEBER.COM-a verdiyi məlumata görə, hadisədən sonra Bakı Nəqliyyat Agentliyinin rəhbərliyi bərk qəzəblənib və hadisəni törədən 39 nömrəli marşrutun ləğv edilməsi qərarını verib.

39 saylı marşrut avtobusu sahibkar Araz Mirzəyevə aid olan "Araz" şirkətinə aiddir. Sahibkar mediaya açıqlamasında hadisəni törədən sürücü Saatov Hakim Aslan oğlu saxlanıldığını deyib.
 
Ancaq sonradan məlum olub ki, sürücünün sürücülük vəsiqəsi olmayıb və o qanunsuz şəkildə avtobusu idarə edib. Eyni zamanda o avtobusu qoyaraq, hadisə yerindən qaçıb. Qadın isə avtobusun altında qalaraq həlak olub. Bu məlumatı əldə edən Bakı Nəqliyyat Agentliyi marşrutun ləğv ediləcəyi anonsunu verib.
 
Bundan sonra Araz Mirzəyev tez-tələsik yeni şirkət qurmaq qərarına gəlib və "Araz" şirkətinin adını dəyişib, başqa adla fəaliyyətini davam etdirmək istəyib. Ona bu işdə Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov yardımçı olacağına söz verib. Bu yerdə qeyd etmək yerinə düşər ki, Mübariz Abbasov keçmiş Nəqliyyat Naziri Ziya Məmmədova yaxınlığı ilə tanınır. 

Nəqliyyatda yükdaşıma, sərnişindaşıma üzrə şöbənin keçmiş rəisi olan Tofiq Qurbanov bir müddət öncə mətbuata verdiyi müsahibəsində Mübariz Abbasov haqda ifşaedici faktlar açıqlamışdı. Belə ki, vaxtilə Ziya Məmmədovun tabeçiliyində olan Bakı Avtovağzalının idarəolunmasını "M-TRANS” şirkətinə verilən zaman Mübariz Abbasov rəhbər vəzifədə çalışıb. Ziya Məmmədov sahibkarlığı inkişaf etdirmək adı altında bütün rayon daşımalarını oğluna və onun dostu Mübariz Abbasova verib.
 
T.Qurbanovun dediklərindən sitat: "Əvvəl "M-TRANS”a nazirin oğlu Anarın yaxın dostu Mübariz Abbasovu direktor təyin edirlər. Anar uşaq, Mübariz də qurd... Baxırlar ki, bu qədər avtobus var, gecə-gündüz daşımalar var, ondan-bundan yığılan pullar var, ancaq kassa boşdur. Ziya Məmmədov da ona göstərilən cüzi pulla yaxın düşmür. Departamentin rəisi Çingiz Baxışovla Mübariz Abbasovu yanına çağırıb gəliri-çıxdaşı hesablamağa başlayır. Mübarizlə Çingiz elə nazirin yanındaca tutuşurlar. Bir-birlərinə söyüşün biri bir qəpikdən. Məsələ bununla bitir ki, Mübarizi işdən qovurlar".
 
Bu sözləri Tofiq Qurbanov deyib. Maraqlı məqam ondan ibarətdir ki, bu cür qalmaqaldan sonra Mübariz Abbasov yenidən vəzifəyə təyin olunub və bu gün BNA-da sədrin müşaviridir. Ona hansı qüvvənin dəstək verdiyi isə sual altındadır. 
 
Məlumatı verən mənbənin dediyinə görə, hazırda marşrut xətlərinin kuratoru Mübariz Abbasovdur və xətt açmaq istəyənlər mütləq ona "hörmət" etməlidirlər. Qəzada adıçəkilən şirkətin rəhbəri Araz Mirzəyev də məhz bu yaxınlıqdan istifadə edərək şirkətinin adını dəyişərək. fəaliyyətini davam etdirmək istəyir.
 
Görünən odur ki, BNA-nın baş direktoru Vüsal Kərimlinin bu işlərdən xəbəri yoxdur və Ziya Məmmədovun kadrları hələ də nəqliyyat sistemində "at oynadır".
 
BNA-nın mətbuat katibi Mais Ağayev AZXEBER.COM-a açıqlamasında deyib ki, məsələylə bağlı yaxın günlərdə ictimaiyyətə geniş məlumat veriləcək.
 
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
 
AZXEBER.COM
 
 

 

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
19:34 07.03.2026
Ərdoğan TDT XİN rəhbərlərini qəbul edib
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
19:17 07.03.2026
Ramazanın 18-ci gününün duası - İmsak və iftar vaxtı
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
19:13 07.03.2026
DMA: Azərbaycan və Türkiyəyə qarşı sosial mediada qarayaxma kampaniyası aparılır
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
18:56 07.03.2026
“Kimsə yuxarıdan dedi ki, “bizi vurdular” - Dron hücumunda yaralanan - Video
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
18:48 07.03.2026
Liviya Dövləti Prezident Şurasının Sədri İranın Naxçıvana hücumlarını qınayıb
Bakı metrosunda cibgirlik edən saxlanıldı
18:39 07.03.2026
Bakı metrosunda cibgirlik edən saxlanıldı
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
18:20 07.03.2026
İran İsrail istiqamətində yeni raketlər buraxdığını elan etdi
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
18:12 07.03.2026
Erməni əsirliyindən xilas olunan əsgər Bakıda dalaşdı - Cinayət işi açıldı
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
17:53 07.03.2026
Ərdoğan Birləşmiş Krallığın Baş naziri ilə bölgədəki vəziyyəti müzakirə edib
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
17:47 07.03.2026
Türkiyə Şimali Kiprə F-16-ların yerləşdirilməsini nəzərdən keçirir
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
17:43 07.03.2026
Azərbaycan və Özbəkistan XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
17:21 07.03.2026
Ceyhun Bayramov TDT Baş katibi ilə İranın dron hücumlarını müzakirə edib
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
16:54 07.03.2026
Bayram Beqay Prezident İlham Əliyevə zəng edib, İranın dron hücumunu qınayıb
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
16:41 07.03.2026
XİN Yaxın Şərqdən təxliyə ilə bağlı məlumat yayıb
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb
16:37 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İstanbulda görüşüb