BNA və DYP məsuliyyətsizliyinə görə yazılan cərimələr - VİDEO

SOSİAL
17:08 07.07.2020
892
Təsəvvür edin, avtomobillə yol hərəkəti nişanlarına uyğun olaraq hərəkət edirsiniz. Lakin nişanlar arasında ziddiyyətlərin olması sizin cərimələnməniz ilə nəticələnir.

AZXEBER.COM BAKU.TV-yə istinadən xəbər verir ki, söhbət Yusif Səfərov və Mehdi Mehdizadə küçələrinin kəsişməsindən gedir. Sürücülər artıq bir neçə gündür ki, əsas prospektdən sağa döndükdə təxminən 50 metr məsafədən sonra giriş qadağandır nişanı ilə üzləşirlər. Belə olan halda ya cərimələnirlər, ya da geri dönüş edərkən qəza vəziyyəti və sıxlığa səbəb olurlar.

Məsələyə münasibət bildirən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun sözlərinə görə, yol hələlik tam təhvil verilməsə də, sürücülər qoyulan nişanların tələbinə riayət etməlidirlər.

"Deməli, Mehdi Mehdizadə küçəsi ilə kəsişən bütün küçələrdən çıxan sürücülər Yusif Səfərov istiqamətində hərəkət etməlidi. Sürücülərdən bu istiqamətdə hərəkət edərkən yol hərəkət qaydalarına diqqət etmələri riayət olunur. Unutmaq olmaz ki, giriş qadağandır nişanının təsir zonasına daxil olmaq 3 cərimə balı və 60 manat cərimədir”.

Problem ondadır ki, sürücülər həmin küçəyə dönməzdən əvvəl yolun birtərəli olduğunu bilmirlər. Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, əgər yolda hərəkət məhdudiyyəti varsa qadağa nişanı içəridə yox, küçənin girişində qoyulmalı idi.

"Bu yaxşı bir proyektdi. Lakin, bu tam yekunlaşmamış sürücüləri narahat edən hər hansı bir hal arzuolunan deyil. Sürücülərə problemlər yaranır və cərimə olunurlar. Əgər hərəkətin təşkili ilə bağlı dəyişiklik varsa küçənin girişində məlumat nişanı olmalıdır. Əgər hansısa obyektin işçilərinə giiş mümkündüsə bu barədə həmin işçiləri məlumatlandırmaq olar ki, bu qadağa sizə aid deyil.”

Problemlə bağlı Bakı Nəqliyyat Agentliyindən Baku TV-yə bildirildi ki, hazırda həmin yolda təmir işləri davam edir. Bu səbəbdən yolun birtərəli olmasına dair nişanlar işlər yekunlaşdıqdan sonra qoyulacaq.

Lakin Baku TV ərazidə çəkiliş apardıqdan bir neçə dəqiqə sonra Mehdi Mehdizadə küçəsinin girişinə qadağanedici nişan qoyulub. Belə olan halda ortaya sual çıxır. Bir neçə müddətdir həmin küçəyə daxil olan zaman sürprizlə qarşılaşan və buna görə yol polisi tərəfindən cərimələnən sürücülərin günahı nədir?

Əgər yolun girişində aidiyatı qurum tərəfindən müfaviq nişan qoyulmayıbsa, sürücülər haradan bilməlidir ki, bu yola dönmək olmaz? Görünən odur ki, məsul qurumun məsuliyyətsizliyinin nəticəsi bu dəfə də sürücülərin başında partladı.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:28 13.08.2020

DTX-nin saxladığı Eldar Həsənov kimdir? - Dosye

17:58 13.08.2020

“Hər şey Vətən üçün!” devizi altında gənclərlə onlayn görüş keçirildi - FOTOLAR

17:48 13.08.2020

DTX-dən əməliyyat: Eldar Həsənov Bakıda tutuldu - RƏSMİ

17:43 13.08.2020

Abşeronda COVİD-19 əleyhinə aparılan təbliğat işləri bu gün də davam etdirilir - FOTOLAR

17:33 13.08.2020

Azərbaycanda daha 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı

17:11 13.08.2020

Hacıqabulda bəy xınayaxdıdan polis şöbəsinə aparıldı - VİDEO

16:53 13.08.2020

Prezident Hulusi Akarı qəbul etdi - Fotolar

16:49 13.08.2020

Avqustda temperatur çoxillik normadan aşağı enəcək - Xəbərdarlıq

16:45 13.08.2020

İqtisadiyyat Nazirliyində yeni təyinatlar

16:27 13.08.2020

Müdafiə naziri: "TSQ-nin dəstəyi ilə Azərbaycan Silahlı Qüvvələri öz müqəddəs vəzifəsini yerinə gətirəcək"

16:16 13.08.2020

Azərbaycanda növbəti tədris ili ilə bağlı yeni təkliflər hazırlandı

16:11 13.08.2020

Türkiyənin Müdafiə Naziri: “Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır”

16:09 13.08.2020

Prezident büdcəyə dəyişiklikləri təsdiqlədi

16:00 13.08.2020

Los-Anceles polisi konsulluq qarşısında azərbaycanlılara hücum edən erməniləri axtarışa verdi

15:41 13.08.2020

Atasına yas mərasimi keçirən oğul cərimələndi - Foto

15:32 13.08.2020

Azərbaycan hərbçiləri Moskvaya yola düşdü

X Mostbet