"Boavişta"dan Kamran Ağayev açıqlaması - "Təkliflər bizi maraqlandırmır"

"Boavişta"dan Kamran Ağayev açıqlaması - "Təkliflər bizi maraqlandırmır"
İDMAN
17:38 17.01.2017
1237

 

Milli komandamızın qapıçısı Kamran Ağayevin "Boavişta"dan ayrılıb başqa komandaya keçməsinə dair xəbərlər dolaşsa da, Portuqaliya klubunun icraçı direktoru Diogo Braqa bunu təkzib edib.

AZXEBER.COM xəbər verir ki, qafqazinfo-ya danışan Portu klubunun rəsmisi Ağayevi buraxmaq istəmədiklərini bildirib: 

"Kamran bizim komandamız üçün çox vacib futbolçudur. Hazırda biz onunla xoşbəxtik. Azarkeşlər də Ağayevdən razıdırlar. Ona olan təkliflər bizi maraqlandırmır. O, böyük qapıçıdır və komandada qalmalıdır".


OXŞAR XƏBƏRLƏR