Boğaz əməliyyatı etdirən kişi öldü - Həkim yoxa çıxdı

Boğaz əməliyyatı etdirən kişi öldü -  Həkim yoxa çıxdı
DÜNYA
12:07 02.02.2023
345

Mersində xüsusi bir xəstəxanada badəmcik və adenoid əməliyyatından 17 gün sonra həyatını itirən şəxsin ölümü ilə bağlı istintaq başladılıb.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mərhumun qardaşı oğlu həkimin ölüm xəbərini bildikdən sonra yoxa çıxdığını və onu bir daha görmədiklərini iddia edib.

Belə ki, Almaniyada yaşayan Muammer Aydoğdu tətil üçün gəldiyi Mersində nəfəs almaqda çətinlik çəkdiyi üçün şəhərdəki özəl xəstəxanaya müraciət edib. Dekabrın 26-da badəmcik və adenoid əməliyyatından sonra evə buraxılan Aydoğdu əməliyyatdan 17 gün sonra dünyasını dəyişib, bacısı Songül Yıldırım və yaxınları isə prokurorluğa cinayət işi qaldırıb.

Mərhumun bacısı Songül Yıldırım jurnalistlərə açıqlamasında qardaşının əməliyyatdan sonra qanaxması olduğunu deyib.

Hazırda araşdırmalar davam edir.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR