Türkiyənin dünyaca məşhur turizm bölgəsi Bodrumda yay mövsümü açılıb və kirayə evlər üçün tələb olunan qiymətlər heyrət doğurub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bodrumda yay mövsümünün başlaması ilə may və sentyabr aylarını əhatə edən tətil mövsümündə kirayə verilən mənzillərə və villalara tələbat artıb. Qiymətləri isə insanların heyrətinə səbəb olub.
Yaşayış yerlərinin gündəlik kirayə haqqı mövsümdə 2500 lirədən (təx.130 AZN) başladığı halda, villalar üçün bu rəqəm 1 milyon lirəyə( təx. 52 min AZN) qədər yüksəlir.
Qeyd edək ki, bu il gündəlik ödənişi 130 azn (2500 TL) olan evlərin qiyməti ötən il təxminən 50 AZN(1000 TL) dəyərində olub.
Oksana