Muğlanın Bodrum rayonunda yanğın baş verib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, çəmənlikdə başlayan yanğın bölgədə qısamüddətli həyəcana səbəb olub.
Çəmənlikdə baş verən yanğının səbəbi hələlik məlum deyil.
Muğla Meşə Region Müdirliyi və Muğla Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi, Bodrum Qrup Komandirliyi qrupları bölgəyə sövq edilib.
Helikopterlə havadan, çoxlu sayda qrupla qurudan müdaxilə edilən alov yaşayış massivlərinin yerləşdiyi əraziyə çatana qədər söndürülüb.
Gülay