Bodrumda gecə klubunda atışma - Müğənni öldü

Bodrumda gecə klubunda atışma - Müğənni öldü
DÜNYA
00:00 22.06.2018
7650
Türkiyənin Bodrum şəhərindəki "Medusa” gecə klubunda atışma olub.

Dörd şəxs kluba daxil olaraq atəş açmağa başlayıb. İnsident nəticəsində obyektin sahibi Mehmet Sürensey və müğənni Həcər Tülü ölüb, dörd nəfər yaralanıb.  

Yaralananların hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Məlumata görə, hadisə yerindən uzaqlaşan cinayətkarlar bir müddət sonra yol polisi tərəfindən Manisa şəhərində saxlanılıblar.  

İnsidentin səbəbləri müəyyənləşdirilir.
 
\BakuPost
OXŞAR XƏBƏRLƏR